Xarici dil dərslikləri müzakirə olunub
22 yanvar 2013 10:56 (UTC +04:00)

Xarici dil dərslikləri müzakirə olunub

Ümumtəhsil məktəblərin I sinifləri üçün ingilis dili dərsliyinin və müəllim üçün metodik vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı seminar iclas keçirilib. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Gündəlik məsələ, ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün ingilis dili dərsliklərinin (variativ dərsliklər) və müəllimlər üçün metodik  vəsaitlərin müzakirəsi ilə bağlı olub. Dərsliklər məzmun, dil, üslub, dizayn, bədii tərtibat və tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib.

Müvafiq fənn müəllimləri də dərsliklərlə bağlı  fikirlər bildirib, təkliflər veriblər. Növbəti seminar iclasında 3-cü sinfin ingilis dili dərsliyi və müəllim üçün metodik vəsaitin müzakirəsi aparılacaq. 

Qeyd edək ki, TQDK-da həmçinin ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün alman və fransız dili dərsliklərinin və müəllim üçün  metodik vəsaitlərin müzakirəsi də olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574
avatar

Oxşar yazılar