Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla beş min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Qımılqışlaq-Mollabürhanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3.7 milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə də nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Xaçmaz rayonuna 3.7 milyon manat ayrıldı
963