Kənd təsərrüfatı naziri İsmət Abasov Ucarda vətəndaşların şikayət və müraciətlərini dinləyib. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlar nazirə subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi, verilmə mexanizminin sadələşdirilməsi, Dövlət Torpaq Fondundan əlavə yaylaq sahəsinin ayrılması və başqa məsələlərlə bağlı müraciət ediblər.
Görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeli qurumların rəhbərləri də iştirak ediblər. Bölgə rayonlarından olan 75 vətəndaşın müraciətlərinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.