Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların pulsuz təhsil alması ilə bağlı qanun “Təhsil qanunu”na uyğunlaşdırılıb.
Lent.az-ın məlumatına görə, bununla bağlı parlamentin bugünkü iclasında “Təhsil haqqında” qanunda dəyişiklik edilib.
Dəyişikliyə görə, “Təhsil qanunu” aşağıdakı formada əlavə ilə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna uyğunlaşdırılıb.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin”.

Valideynlərini itirmiş uşaqların pulsuz təhsil alması qanuniləşdi
Oxşar yazılar

Vanqanın PROQNOZU: bu BÜRCLƏR tezliklə çox zəngin yaşayacaq
22 avqust 2025 , 00:02
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
21 avqust 2025 , 20:43
Bu BÜRCLƏR ciddi sınaqla üzləşəcək və həyatlarını köklü dəyişdirəcəklər
21 avqust 2025 , 19:19Hərbi prokuror şəhid Pəncəli Teymurovun ailəsində olub
21 avqust 2025 , 17:48
Küləkli hava bu tarixədək davam edəcək
21 avqust 2025 , 17:35
Azərbaycanda İNTERNET PROBLEMİ: Kiberhücum olub - YENİLƏNİB
21 avqust 2025 , 16:52
Sabah 3 rayon qazsız qalacaq
21 avqust 2025 , 16:32