Ünvanlı sosial yardımla bağlı Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinə və digər instansiyalara müraciətlər iki dəfədən çox azalıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, müraciətlər əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması istiqamətində görülən ardıcıl tədbirlər, habelə mütəmadi olaraq vətəndaş qəbullarının keçirilməsi nəticəsində azalıb. Cari ilin yanvarında ünvanlı sosial yardımla bağlı 954 müraciət daxil olduğu halda, iyun ayında qeyd olunan müraciətlərin sayı 466-a enib.
Qeyd edək ki, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk yarimilində belə müraciətlərin sayında 23,4 % azalma özünü göstərib.