BDU-da tələbə şou göstərdi
14 noyabr 2014 19:59 (UTC +04:00)

BDU-da tələbə şou göstərdi

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) təşkilatçılığı ilə universitetdə kimya şousu keçirilib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə BDU THİK-in sədri Daşqın Qənbərov və komitə əməkdaşları, Kimyanın Tədrisi Metodikası kafedrasının müdiri prof. Əyyub Əzizov, kimya fakültəsi üzrə Tələbə Həmkarlar Təşkilatının sədri Abdulla Hacıyev və fakültə tələbələri iştirak ediblər.


Tədbirdə THİK- sədri Daşqın Qənbərov, THT-nın sədri Abdulla Hacıyev, kimyanın Tədrisi Metodikası kafedrasının müdiri Eyyub Əzizov çıxış edərək tələbələrə uğurlar arzulayıb. Tədbirin rəsmi hissəsi bitdikdən sonra kimya şousu başlayıb. 


Kimya fakultəsinin III kurs tələbəsi Rəhman digər tələblərin iştirakı ilə müxtəlif reaksiyalar nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3990
avatar

Səlcuq Elçin

Oxşar yazılar