UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanov ABŞ-ın Southern New Hampshire Universitetində (SNHU) tədqiqat aparır.
Adıçəkilən qurumdan Lent.az-a verilən məlumata görə, SNHU-nin dəvəti ilə universitetin Biznes Məktəbində tədqiqat aparan T.Süleymanov səfər çərçivəsində MBA proqramı üzrə tədris olunan “Liderlik və təşkilatı davranış” fənni üzrə qonaq məruzəçi qismində çıxış edib. O, məruzəsində işçi davranışı və iş məmnuniyyəti nəzəriyyələrinin izahını verərək mövzü üzrə keyslər göstərib, mühüm faktorların mahiyyətini açıqlayıb.
UNEC gənc müəllimi ali təhsil müəssisələrinin brendlənməsi istiqamətində Amerikada tədqiqatlarını davam etdirir.