Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) idarəetməni təkmilləşdirmək və səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları aparılıb. Lent.az-ın məlumatına görə, UNEC-in Elmi Şurasında qəbul edilən qərara əsasən, “Maliyyə” və “Uçot-iqtisad” fakültələri birləşdirilərək, “Maliyyə və mühasibat” fakültəsi yaradılıb.
“Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” ilə “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedraları birləşdirilərək, “İstehlak mallarının ekspertizası” kafedrası yaradılıb.
UNEC-in “İqtisadi nəzəriyyə 1” kafedrasının adı dəyişdirilərək, “İqtisadi nəzəriyyə”, “İqtisadi nəzəriyyə 2” kafedrasının adı isə “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası adlandırılıb.
Bundan başqa, “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Politologiya” kafedraları birləşdirilərək, “Humanitar fənlər” kafedrası yaradılıb.