UNEC-də Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib
13 iyun 2017 17:15 (UTC +04:00)

UNEC-də Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

0

İyunun 13-də UNEC-də Milli Qurutuluş Gününə həsr edilən “Milli Qurtuluş Azərbaycanın xilas tarixidir” adlı konfrans keçirilib.

 

UNEC-dən Lent.az-a verilən məlumata görə, konfransda UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan xalqını parçalanmadan, vətəndaş müharibəsindən, ümumilikdə isə, dövlətçilik prinsiplərini birdəfəlik yox olma təhlükəsindən xilas edib.

 

Heydər Əliyevin həyata keçirdiyi strategiyanın ölkə başçısı  İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən rektor Heydər Əliyevin 2002-ci ildə universitetinin 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə Azərbaycan Dövlət İqtisad Universiteti qarşısına qoyduğu vəzifələrə diqqət çəkib və onun tövsiyələrinin uğurla icra edildiyini bildirib: “Heydər Əliyevin qarşımıza qoyduğu vəzifələri fəaliyyətimizin prioritet istiqamətləri olaraq müəyyən etmişik. Bu vəzifəni yerinə yetirmək üçün hər gün daha çox çalışar, Heydər Əliyevin ümidlərini layiqincə doğrultmağı özümüzə şərəf bilirik”.

 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə çıxışında bildirib ki, Azərbaycan xalqının tarixində ən parlaq səhifələrdən olan Milli Qurtuluş Günü müasir tariximizin yeni bir nümunəsidir. Bu gün də prezident İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikanın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

 

E.Əzizov çıxışında UNEC-də həyata keçirilən yeniliklərdən də söz açıb. Son illər universitetdə bir-birindən uğurlu layihələrin icra edildiyini bildirərək, “artıq təşəbbüslər UNEC-də normala çevrilib”, deyə bildirib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı bu münasibətlə UNEC rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkür edib.

 

Sonra YAP sıralarına qəbul olunan 100 UNEC əməkdaşı və tələbəsinə üzvlük vəsiqələri təqdim edilib. 100 əməkdaş və tələbənin isə partiya sıralarına qəbul olunmaq üçün müraciətləri təmin edilib.

 

Tədbir UNEC Yaradıcılıq Mərkəzi üzvlərinin iştirakı ilə konsert proqramı ilə davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar