Ümumi nikahlar arasında qohum nikahlar 60-80 faiz təşkil edir
31 oktyabr 2013 17:51 (UTC +04:00)

Ümumi nikahlar arasında qohum nikahlar 60-80 faiz təşkil edir

“Azərbaycanın bir sıra regionlarında ümumi nikahlar arasında qohum nikahlarının faizi 60-80 faizi keçir. Bu isə irsi xəstəliklərin yaranması ehtimalını artırır”.  Lent.az-ın məlumatına görə, bunu Respublika Diaqnostika Mərkəzinin genetiki, professor Elxan Rəsulov deyib. Professor bildirib ki, bütün bunlar hələ də əhalinin maarifləndirilməsi sahəsində görüləsi çox işlərin olmasından xəbər verir. E. Rəsulovun sözlərinə görə, qohum nikahlar zamanı genetik xəstəliklərə növbəti nəsildə təsadüf olunması riski qeyri-qohum nikahlarla müqayisədə 25-30 dəfə artır: “Bu baxımdan genetik müayinələr ölkə üçün xüsusilə vacibdir. Əgər Azərbaycanda əhalinin kifayət qədər maarifləndirilməsinə nail olsaq, müəyyən irəliləyişlər əldə etmək olar. Hazırda bu istiqamətdə işlər görülür, proqramları həyata keçirmək üçün laborator baza yaradılır. Respublika Diaqnostika Mərkəzində də genetik laboratoriya fəaliyyət göstərir. Burada yenidoğulmuşların neonatal skrininqi, ailə qurmaq istəyənlərin genetik müayinəsi, dölün ana bətnində prenatal diaqnostikası və genetik çatışmazlıqların müayinəsi həyata keçirilir”.
 

Genetik onu da qeyd edib ki, hər bir insan 5-7 irsi xəstəliyin daşıyıcısıdır. Onun sözlərinə görə, əgər ailə qurmaq istəyən gənclərin hər ikisində eyni xəstəliyin daşıyıcılığı olarsa, bu zaman xəstə uşaq doğulma ehtimalı 25 faizdir. Yəni 4 uşaqdan biri xəstə doğula bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar