
Ukraynada insult keçirən Milli Qəhrəman yaxında vətənə dönəcək
Ukraynada insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicəsinin Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülməsi ilə bağlı Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi mətbuat konfransı keçirib.
ONA xəbər verir ki, konfransda şəhid və Milli qəhrəmanların ailəsi, zabitlər, qazilər iştirak edib.
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Məmmədov Zabit Quliyevin səhhətində bağlı yaranmış problemdən danışıb: "Mayın 7-də Milli Qəhrəman Zabit Quliyevi ümummilli lider Heydər Əliyevlə bağlı keçirilən tədbirlə bağlı Ukraynaya göndərdik, ayın 9-da o, qəflətən insult keçirdi. Biz ayın 10-da bununla bağlı Prezidentə məktub göndərdik. Milli Qəhrəman Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürüldü və Ukraynadakı səfirliklə bağlı əlaqə saxlanıldı. Hazırda 188 Milli Qəhrəman ailəsi, 17 Milli Qəhrəman var. Bir Milli Qəhrəmanımıza göstərilən qayğı bütün Milli qəhrəmanlarımıza göstərilən qayğıdır. Mən bununla bağlı Azərbaycan dövlətinə, xalqımıza və ölkə başçısına təşəkkür edirəm. Ümid edirik ki, Zabit Quliyev sağlamlığına qovuşaraq vətənə dönəcək".
Konfransda Skype vasitəsilə Milli Qəhrəmanla canlı bağlantı qurulub. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Zabit Quliyevin müalicəsi aparılıb, hazırda vəziyyəti yaxşıdır və yaxında sağlam şəkildə ölkəyə dönəcək.
Xatırladaq ki, 1975-ci ildə Kürdəmirin Ərəbxana kəndində anadan olan Zabit Quliyev 1993-cü il Milli Orduya çağırılıb. O, Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində vuruşub, düşmənin zirehli texnikalarını dəfələrlə sıradan çıxarıb. 1995-ci il aprelin 4-də Azərbaycan Prezidenti tərəfindən Zabit Quliyev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20