Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları Heydər Əliyevi anıblar. UAGB – dan verilən məlumata görə, Ukraynadakı azərbaycanlı gənclər Kiyevdə Heydər Əliyevin heykəlini ziyarət ediblər, heykəlin ətrafında rəngəbərng şam yandırıblar.
Anım mərasimində UAGB sədri Anar Tahirov çıxış edərək Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında əvəzolunmaz xidmətlərindən danışıb: “Biz Azərbaycanın bölgədə lider , beynəlxalq arenada isə böyük nüfuz sahibinə çevrilməsinə görə Heydər Əliyev şəxsiyyətinə borcluyuq”.
Mərasimdə ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin əməkdaşı Həzi Aslanov, UAGB-nin sədr müavini Cavid Hüseynzadə ,birliyin Xerson Vilayət təşkilatının sədri Elvin Quliyev UAGB-nin icraçı katibi Elməddin Zərbəlizadə və digər çıxış edən gənclər Heydər Əliyevin ərməğan qoyduğu müstəqil Azərbaycan dövlətinin prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçməsindən qürur duyduqlarını bildiriblər. Gənclərin təşkil etdiyi anım mərasimi hava şəraitinin 10 dərəcə şaxta olmasına baxmayaraq gecə saatlarına qədər davam edib.