ÜAK Moskvada “Rusiya Günü”nü qeyd edib
13 iyun 2013 06:58 (UTC +04:00)

ÜAK Moskvada “Rusiya Günü”nü qeyd edib

Moskvada Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya Azərbaycan Dostluq Cəmiyyəti və Nikolay Baybakov adına fondun təşkilatçılığı ilə “Rusiya Günü”nə həsr olunan tədbir keçirilib.

 

 APA-nın Rusiya bürosunun məlumatına görə, “Bakı” restoranında keçirilən tədbirdə çıxış edən ÜAK nümayəndəsi, professor Manaf Ağayev Rusiya- Azərbaycan münasibətlərindən danışıb. O, Rusiya və Azərbaycan xalqlarını birgə tarix, mədəniyyət və ədəbiyyat birləşdirdiyini söyləyib. M.Ağayev “Rusiya Günü” münasibətilə Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubun mətni ilə tədbir iştirakçılarını tanış edib.

Tədbirdə çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vladimir Seryogin Azərbaycan və Rusiya xalqlarının bir dövlətin tərkibində - Sovet İttifaqında yaşadığını bildirib: “Ümumrusiya Azərbaycan Konqresi tərəfindən “Rusiya Günü”nün qeyd olunması iki xaqın bir-birinə olan yaxınlığını göstərir. Rusiyada yaşayan xalqlardan biri də azərbaycanlılardır. Bu dövlətdə hər bir xalq inkişaf edə bilməsi üçün hər cür şərait var.”

N. Baybakov fondunun prezidenti Vladimir Serov da çıxışında xaqlarımız arasında olan qarşılıqlı münasibətlərindən danışıb: “Xalqlarımız bir-birindən asılıdır. Onlar mədəniyyət, tarix baxımından həmişə bir-birini tamamlayır. Hal-hazırda  Rusiyada yaşayan azərbaycanlılar bu dövlətin inkişafına öz töhfələrini verirlər.”

“Tarixi suallar” jurnalının baş redaktoru Əhməd İskəndərov, Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev, Rusiya Jurnalistlər ittifaqının katibi Rafael Hüseynov və digərləri çıxışlarında azərbaycanlıların Rusiya cəmiyyətindəki önəmli rolundan danışıblar.

ÜAK-nin icraçı direktoru İlqar Hacıyev isə “Rusiya Günü”-nün burada yaşayan azərbaycanlılar üçün də böyük əhəmiyyət daşıdığını söyləyib: “Rusiya azərbaycanlıları yaşadıqları ölkəni ürəkdən sevirlər və bu ölkənin gələcəyinə inanırlar”.

Qeyd edək ki, “Rusiya Günü”nə həsr olunmuş tədbirdə Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri və təşkilat rəhbərləri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503
avatar

Oxşar yazılar