Türkiyə ilə birgə turizm işçi komissiyası yaradılacaq
05 iyun 2014 11:54 (UTC +04:00)

Türkiyə ilə birgə turizm işçi komissiyası yaradılacaq

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çeliklə görüşüb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Görüşdə qeyd olunub ki, sammitin əsas mövzusunun turizm olması ölkə rəhbərlərinin bu sahəyə verdiyi əhəmiyyətin göstəricisidir. Həmçinin iki ölkənin mədəniyyət və turizm əlaqələrinin hazırkı vəziyyəti, xüsusilə ölkələrimiz arasında əməkdaşlıq proqramının hazırlanması, YUNESKO-ya birgə faylların təqdim olunması, birgə turizm işçi komissiyasının yaradılması, cari ilin noyabr ayında Bakıda keçiriləcək Türkiyə mədəniyyət günləri və s. məsələlər ətraflı müzakirə olunub. 
Ə. Qarayev Ö. Çeliki Türkiyənin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə komitəsinə seçilməsi münasibətilə təbrik edərək onu Bakıya səfərə dəvət edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar