Türkiyə hərbçiləri Azərbaycanda təlim keçəcəklər
13 mart 2019 15:29 (UTC +04:00)

Türkiyə hərbçiləri Azərbaycanda təlim keçəcəklər

Türkiyə hərbçiləri Rusiyadan alınacaq “S-400” zenit raket komplekslərinin istifadə qaydalarını öyrənmək üçün Azərbaycanda təlim keçəcəklər.
 
 
ONA-nın məlumatına görə, bu barədə “Yeni Şafak” qəzeti mənbəyə istinadən yazıb. Məlumata əsasən, Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargah təlimlərdə iştirak edəcək 100 əməkdaşın seçimini aparır. Bildirilir ki, Azərbaycan tərəfinin dəvəti əsasında “S-400” kompleksləri ilə bağlı Rusiyada kursa qatılacaq hərbçilər əvvəlcə  Azərbaycanda “S-300” üzərində təlim görəcəklər.
 
 
Hərbçilərin Azərbaycandan  Rusiyaya yay aylarında gedəcəyi gözlənilir. Onlar 2020-ci ilin yanvarında Türkiyəyə qayıdacaq və Ankarada digər hərbçilərə təlim keçəcəklər.
 
 
Qeyd edək ki, tən il dekabrın 29-da rəsmi Moskva və Ankara “S-400” zenit raket kompleksinin tədarükü ilə bağlı kredit sazişi imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503
avatar

Oxşar yazılar