Azərbaycanda fəaliyyəti dayandırılan türk liseylərində oxuyan bir qrup şagird və valideynləri bu gün Milli Məclisin qarşısında aksiya keçiriblər. Lent.az-ın məlumatına görə, onların tələbi şagirdlərin başqa, ən yüksək təhsilə malik təhsil müəssisələrində yerləşdirilməsinə parlamentdən dəstəkdir.
Milli Məclisin aparat əməkdaşları onlarla görüşərək tələblərini yazılı şəkildə parlamentə təqdim etmələrini və buna baxılacağını bildiriblər.
Daha sonra aksiya yekunlaşıb və iştirakçılar eyni məktubla Prezident Administrasiyasına da müraciət etməyə yollanıblar.