Turistlər üçün “Baku Guide” bələdçi kataloqu çap olunub
08 aprel 2014 17:09 (UTC +04:00)

Turistlər üçün “Baku Guide” bələdçi kataloqu çap olunub

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Mədəniyyət" qəzetinin əlavəsi olaraq "Baku Guide" bələdçi kataloqunun ilk sayı işıq üzü görüb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, kataloqun nəşr olunmasında məqsəd paytaxtımıza gələn turist və qonaqları Bakı ilə yaxından tanış etmək, şəhərimizin mədəni həyatı, istirahət və əyləncə imkanları barədə dolğun və operativ məlumatlandırmaqdır.

 

Kataloqda Bakının küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, rəsm qalereyaları, teatr və konsert müəssisələri, muzeylər, kitab evləri, idman və sərgi kompleksləri haqqında təfərrüatlı məlumat verilir. Nəşrdə ay ərzində keçirilməsi planlaşdırılan mədəni-kütləvi tədbirlər, teatr və konsert müəssisələrinin repertuarları, festivallar, sərgilər, bayramlar və s. barədə məlumatlar, eləcə də tədbirlərin keçiriləcəyi ünvan, tarix, əlaqə telefonları yer alır. 


Eyni zamanda, turistləri və şəhərimizin qonaqlarını maraqlandıra biləcək hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım ala biləcəkləri çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda əksini tapıb. Bir sözlə, "Bakı haqqında hər şey" ("All about Baku") konseptində hazırlanan nəşrdə hər ay oxucular üç dildə - Azərbaycan, ingilis və rus dilində məlumatlandıracaq.

 

Gələn il paytaxtımızda keçiriləcək I Avropa Oyunları ərəfəsində "Baku Guide" xüsusilə böyük tirajla şəhərimizin qonaqlarına təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar