Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, xidmətlərin məqsədi beynəlxalq səviyyədə qəbul olunmuş standartlar əsasında IX sinif şagirdlərinin ingilis dili biliklərinin imtahan vasitəsilə yoxlanılması və təhlilidir.
Xidmətlərin icra müddəti bu ilin noyabr ayından 2015-ci ilin iyun ayına qədərdir.