TRT Bakı təmilcisi Yüksel Değercan TRT-də yeni vəzifəyə təyin edilib. Lent. az-ın məlumatına görə, Y. Değercan TRT Xarici Əlaqələr şöbəsində sədr müavini olaraq fəaliyyətə başlayacaq. Səlahiyyət müddəti dekabrın 6-da sona çatan Y. Değercan yeni vəzifəsinə dekabrın 9-da Ankarada başlayacaq. Onun yerinə Emrah Timuçin Yazıcının təyin edilməsi gözlənilir.
Yüksel Değercan 5 il TRT Bakı Təmsilciliyində çalışıb. Onun yeni təyinatı Qafqaz və Orta Asiya cümhuriyyətlərini əhatə edəcək, eləcə də Azərbaycanla sıx-sıx əlaqədə olacaq. Türkiyə - Azərbaycan qardaşlığı və dostluğunun əbədi olduğunu vurğulayan Değercan hansı vəzifədə olduğundan asılı olmayaraq vətənim üçün çalışmağa davam edəcəyini deyib.
Y. Değercan Azərbaycanda çalışdığı müddətdə siyasi, iqtisadi, sosial və Dağlıq Qarabağ münaqişəsi haqqında Türkiyə və dünya tamaşaçılarına çoxsaylı xəbər və proqramlar ötürüb. Hazırladığı xəbər və proqramlarla iki ölkə əlaqələrinin daha da inkişaf etməsində xüsusi xidmətləri olub.