TQDK və Təhsil Nazirliyi hansı dərsliyi müzakirə etdi?
06 noyabr 2013 13:28 (UTC +04:00)

TQDK və Təhsil Nazirliyi hansı dərsliyi müzakirə etdi?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ibtidai sinif müəllimlərinin elmi-metodiki seminarı keçirilib. Bu barədə Lent. az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Seminarda ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün 2013-cü ildə təkrar nəşr olunmuş “Azərbaycan dili” dərsliyi müzakirə edilib. Dərslik məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi metodiki uyğunluğu baxımından müzakirə olunub. Müzakirədə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdir müavini Quliyev Əsgər, Təhsil Problemləri İnstitutunun əməkdaşları Cəbiyeva Humay və Məmmədova Günay iştirak ediblər. 

 

Seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Ağcabədi, Göyçay və Şirvan regional bölmələrindən internet vasitəsi ilə video-bağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də gündəlik məsələ ilə bağlı fikir bildirib və təkliflərini veriblər. İbtidai sinif müəllimlərinin növbəti elmi-metodiki seminar iclasında ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün 2013-cü ildə təkrar nəşr olunmuş “Həyat bilgisi” dərsliyinin müzakirəsi aparılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042

Oxşar yazılar