TQDK sədrindən şagirdlər üçün vacib xəbər
30 yanvar 2013 14:05 (UTC +04:00)

TQDK sədrindən şagirdlər üçün vacib xəbər

Bu ildən orta məktəblərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müəyyən fənlərdən monitorinq imtahanlarını keçirməyə başlayacaq. Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, monitorinq imtahanları 2 cür olacaq. Onun sözlərinə görə, bunlardan biri elmi-metodiki məqsədlərə xidmət edəcək, digəri isə qiymətləndirmə məqsədilə aparılacaq: “Bu il müəyyən məktəblər seçiləcək və aparılacaq monitorinq imtahanlar yalnız elmi-metodiki məqsədlərə xidmət edəcək. Buna əsasən keçirilən imtahanlar hələ ki şagirdlərin taleyinə təsir göstərməyəcək. Ümumiyyətlə, uşaqların səviyyəsini öyrənmək üçün imtahanları bu il belə keçirəcəyik”.

 

TQDK sədri qeyd edib ki, yekun attestasiyanı düzgün aparmaq üçün monitorinq imtahanlarının aparılması çox vacibdir: “Azərbaycanda yekun attestasiya hələ ki 2 fənn üzrə aparılırdı. Amma yekun attestasiya 2 fəndən aparıla bilməz və bura müxtəlif fənlər də əlavə olunmalıdır. Buna görə də fənlərin əlavə olunması üçün bu fənlər üzə monitorinq imtahanları aparılmalıdır. Hansısa kurs 10-cu sinifdə bitibsə, biz onun əsasında da monitorinq imtahanı keçirəcəyik. Müxtəlif fənləri müxtəlif illərdə qiymətləndirəcəyik. Hazırda bununla əlaqədar layihə işlənir və yekun məlumatlar yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2219
avatar

Oxşar yazılar