Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 28-də keçirilən sınaq imtahanlarının nəticələrini açıqlayıb. Komissiyanın mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, nəticələr TQDK-nın rəsmi internet saytında yerləşdirilib.
İmtahanlar aprelin 28-də Bakıda və respublikanın 8 şəhərində keçirilib. Sonuncu sınaq imtahanı isə mayın 26-da olacaq.