TQDK həftə sonu sınaq imtahanı keçirəcək
13 fevral 2013 10:30 (UTC +04:00)

TQDK həftə sonu sınaq imtahanı keçirəcək

İlk dəfə olaraq magistr imtahanının birinci mərhələsi üzrə fevralın 17-də (bazar günü) sınaq imtahanları keçiriləcək. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Artıq ötən həftədən etibarən sınaq imtahanlarına internet vasitəsi ilə qeydiyyat başlayıb.

 

Qeyd edək ki, magistratura imtahanının birinci mərhələsi 2013-cü ilin martın 3-də keçiriləcək. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1454

Oxşar yazılar