TQDK dərsliklərlə bağlı yekun rəyləri Təhsil Nazirliyinə təqdim edib
13 fevral 2013 10:13 (UTC +04:00)

TQDK dərsliklərlə bağlı yekun rəyləri Təhsil Nazirliyinə təqdim edib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası pedaqoji ictimaiyyətə müraciət edib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, TQDK tərəfindən, ilk növbədə, kurrikulum fənn standartları əsasında hazırlanan hazırda istifadədə olan ibtidai sinif dərsliklərinin monitorinqi aparılıb. Bununla bağlı, dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlər hazırlanıb. Həmçinin pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiya toplanıb. Bunun üçün TQDK-nın saytında xüsusi [email protected] elektron ünvanı yaradılıb və pedaqoji ictimaiyyətə müraciət olunaraq onların qeyd, irad və təkliflərinin bu ünvana göndərilməsi xahiş olunub. Eyni zamanda, ibtidai sinif müəllimlərinin elmi-metodiki seminarları təşkil olunub, seminarlarda Bakı və Sumqayıt şəhərlərindən olan ibtidai sinif müəllimləri, mütəxəssislər, metodistlərlə yanaşı, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba Regional bölmələri ilə yaradılan  videobağlantı əsasında həmin bölgələrin müəllimləri və metodistləri də iştirak edərək qeyd və təkliflərini bildiriblər. Dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizası da keçirilib.   


Ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunub, cavab olaraq müəlliflər hansı iradları qəbul etdiklərini, hansıları qəbul etmədiklərini bildiriblər. Dərslik müəlliflərinin cavablarının müstəqil ekspertlər tərəfindən təhlili aparılıb.

Müstəqil ekspertizanın keçirilməsində Milli Elmlər Akademiyasının nümayəndələri, ali təhsil müəssisələrinin metodika kafedralarının mütəxəssisləri, ümumtəhsil müəssisələrinin müəllimləri, yaş psixologiyası üzrə ixtisaslaşan psixoloqlar iştirak ediblər.

Beləliklə, ümumtəhsil müəssisələrinin 1-ci siniflərində istifadə edilən aşağıda göstərilən dərslik və dərs vəsaitləri üzrə həyata keçirilmiş monitorinq əsasında hazırlanmış yekun rəylər fevralın 12-də Təhsil Nazirliyinə təqdim edilib: “Azərbaycan dili” dərsliyi, “Riyaziyyat” dərsliyi, “Russki yəzık”  dərsliyi, “Həyat bilgisi” – istifadə edilən iki variativ dərslik, “Azərbaycan dili”  - təlimi rus dilində olan məktəblər üçün dərslik, “Russkiy əzık” - təlimi Azərbaycan dilində olan məktəblər üçün dərslik, “İngilis dili” - istifadə edilən iki variativ dərslik, “Fransız dili” dərsliyi, “Alman dili” dərsliyi, “Ərəb dili” dərsliyi, “İnformatika” dərsliyi, “Texnologiya” fənni üzrə müəllim üçün metodiki vəsait, “Təsviri incəsənət” fənni üzrə müəllim üçün metodiki vəsait, “Musiqi” fənni üzrə müəllim üçün metodiki vəsait, “Fiziki tərbiyə” fənni üzrə müəllim üçün metodiki vəsait

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1403

Oxşar yazılar