TQDK iyunun 12-də keçirdiyi imtahanın nəticələrini açıqlayıb. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Hər iki imtahana ümumilikdə 163 imtahan rəhbəri cəlb edilib.
Qeyd edək ki, abituriyentlər TQDK-nın rəsmi saytına daxil olaraq, iş nömrəsini və şəxsiyyəti təsdiq edən sənədin nömrəsini qeyd etməklə imtahanda əldə etdiyi nəticə barədə məlumat ala bilərlər.