Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 888 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 5629 nəfər qəbul olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cı sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə "Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaq.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 15-dən 28-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Qeyd edək ki, qeydiyyatdan keçən zaman tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz təhsil müəssisəsindən əldə etməlisiniz.
****
10:45
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
9156 abituriyent qəbul olunmaq istədiyi ixtisasları seçərək elektron ərizəsinə daxil edib və təsdiqləyib.
Qeyd edək ki, ixtisas seçiminin nəticələrinin yaxın vaxtlarda elan olunması nəzərdə tutulur.