TQDK abituriyentlərə müraciət etdi
01 may 2013 11:41 (UTC +04:00)

TQDK abituriyentlərə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rus bölməsinə sənəd verən abituriyentlərə müraciət edib. Qurumun mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan  mayın 19-da Bakıda və digər bölgə mərkəzlərində, iyunun 23-də isə yalnız Bakı və Naxçıvanda olacaq.

Mayın 19-da keçiriləcək imtahanda iştirak etmək istəyənlər ərizələrinin mayın 8-dən gec olmayaraq təsdiq etdirməlidirlər.

Bu imtahana gələ bilməyənlər və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972

Oxşar yazılar