TQDK: Təhsil Nazirliyindən bizə rəsmi müraciət olunmayıb
01 may 2013 15:16 (UTC +04:00)

TQDK: Təhsil Nazirliyindən bizə rəsmi müraciət olunmayıb

“Təhsil Nazirliyindən orta məktəb dərsliklərinin monitorinqi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəsmi müraciət olunmayıb”.

Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, əgər TQDK-ya belə bir rəsmi müraciət ünvanlanarsa, mütləq bu məsələyə münasibət bildiriləcək: “Gərək dərsliklərin monitorinqi ilə bağlı nazirlik rəyini TQDK-ya rəsmi şəkildə göndərsin”.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, nazirlik orta məktəb dərsliklərinin monitorinqini aparan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qarşısında yeni təklif irəli sürüb. Gələcək illər üçün məqsəd ondan ibarətdir ki, istənilən dərsliyin monitorinqi aprel ayında deyil, oktyabr-noyabr aylarında təqdim edilsin. Bu isə dərsliklərin yenidən işlənilməsi, çapı və müvafiq işlərin tədris ilinin əvvəlinədək çatdırılmasına imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar