Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olan magistrlərin qeydiyyatı bu gün bitir. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Bakalavrlar günün sonuna qədər sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək. Müsabiqə nəticəsində onlardan 643 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb. Qeydiyyat avqustun 19-dan başlayıb.