TQDK: Müzakirələrdə Təhsil Nazirliyinin nümayəndələri də iştirak edib
20 fevral 2013 11:33 (UTC +04:00)

TQDK: Müzakirələrdə Təhsil Nazirliyinin nümayəndələri də iştirak edib

“TQDK-nın keçirdiyi monitorinqin yekun rəyi və bu rəy əsasında ekspert şurasının qərarı subyektiv fikirlər əsasında hazırlanıb və onların heç bir elmi-metodoloji əsası yoxdur”.  Bunu Təhsil Nazirliyindən (TN) ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün 2012-ci ildə çapdan buraxılmış “Riyaziyyat” dərslik komplektinə dair TQDK-nın monitorinqinin nəticələrinə münasibət olaraq bildirilib.

Məsələyə münasibət bildirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Lent.az-a bildirib ki, Təhsil Nazirliyinə indi cavab vermək istəmirlər. “Ancaq onu da qeyd etməliyəm ki, dərsliklərin müzakirələrində Təhsil Nazirliyinin nümayəndələri də iştirak edib” - deyə, TQDK nümayəndəsi əlavə edib.

 

 

Qeyd edək ki, bir neçə gün öncə TQDK  “Azərbaycan dili I” dərsliyi ilə bağlı keçirdiyi monitorinqin yekun rəyini açıqlamışdı. Yekun rəydə qeyd olunurdu ki, adıçəkilən dərslikdə çoxlu sayda qüsur və səhv var. Həmçinin, komissiya “Azərbaycan dili I” dərsliyinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab etməmiş və onun yenidən hazırlanmasını tövsiyə etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar