İyunun 23-də rus bölməsinin şagirdləri Azərbaycan dili fənnindən ikinci mərhələ üzrə imtahan verəcəklər. Bu barədə Lent. az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. İmtahan Bakı şəhər üzrə keçiriləcək. İmtahanın birinci mərhələsi mayın 19-da olub.
Bundan başqa, iyunun 23-də magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.