Riyaziyyat fənni üzrə tam orta məktəblərdə istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi ilə bağlı seminar-iclası keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, gündəlik məsələ, ümumtəhsil məktəblərin 7-ci sinifləri üçün “Həndəsə” dərsliyinin müzakirəsi olub.
Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib. Aprelin 5-də dərsliyin növbəti müzakirəsi aparılacaq.
TQDK-da həmçinin coğrafiya fənni üzrə elmi-metodiki seminar iclası keçirilib. Gündəlik məsələ, coğrafiya fənni üzrə ümumi təhsilin fənn standartları ilə bağlı olub. Qeyd edək ki, adıçəkilən dərsliyin də müzakirəsi aprelin 5-də olacaq.