TQDK "Facebook"da sorğuları operativ cavablandırır
30 iyul 2013 15:14 (UTC +04:00)

TQDK "Facebook"da sorğuları operativ cavablandırır

 

 

“Bu günə qədər keçirilən qəbul imtahanlarından sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TDQK) daxil olan müraciətlərin böyük əksəriyyəti sorğu xarakterlidir”.

 

Lent.az-ın TQDK-nın rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, bunu mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

 

Elnur Nağızadə qeyd edib ki, bu sorğuların əvvəlki illərlə müqayisədə həm azalıb, həm də təqdimolunma forması dəyişib. “Yəqin ki, bu, daha çox vətəndaşların informasiya texnologiyalarından istifadə imkanlarının artması ilə əlaqədardır. Bizə müraciətlər əsasən elektron formada daxil olur və burada TQDK-nın “Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən səhifəsi xüsusi yer tutur. Vətəndaşların müraciətləri oradan ən operativ şəkildə cavablandırılır”.

Elnur Nağızadə onlara daha çox abituriyentlərin topladıqları balla hansı universitetə və ya ixtisasa qəbul şansları, kolleclərə qəbul və digər bu kimi məzmunlu müraciətlərin daxil olduğunu bildirib.

 

Qeyd edək ki, bu günə kimi I, III və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149
avatar

Oxşar yazılar