Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 6 dərsliyi yararsız sayıb.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi başa çatmış və onlara dair yekun rəylər bu gün Təhsil Nazirliyinə göndərilib.
Yekun rəylərə əsasən, “Azərbaycan dili”, “Ədəbiyyat” (müəlliflər: A. Süleymanova, Təranə Bağırova və İlhamə Muradova), “Riyaziyyat”, “Həyat bilgisi” (hər iki variativ dərslik) və “İngilis dili” dərsliklərinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun sayılmayıb. Digər dərsliklərin yekun rəydə göstərilən irad və təkliflər nəzərə alınmaqla, tədrisdə istifadəsi məqsədəuyğun hesab edilib.