TQDK şagirdlərə müraciət edib. Qurumdan Lent.az-a verilən məlumata görə, iyunun 2-də və 7-də buraxılış imtahanı verəcək orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdlərinin imtahana buraxılış vərəqələri http://tqdk.gov.az/brxvbi/ saytında yerləşdirilib.
Şagirdlər iş nömrəsi və ya şəxsiyyət vəsiqəsinin nömrəsindən və doğum tarixindən istifadə etməklə imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Təhsil müəssisələrinin əlaqələndiriciləri də istifadəçi ad və parolla öz şagirdlərinin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.