TQDK-dan keçid balları ilə bağlı MÜRACİƏT
08 iyul 2014 12:51 (UTC +04:00)

TQDK-dan keçid balları ilə bağlı MÜRACİƏT

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ictimaiyyətə müraciət edib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, TQDK 2005-2013-cü illərdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə keçirilmiş müsabiqələr nəticəsində ixtisaslar üzrə formalaşmış keçid ballarını Komissiyanın internet saytında yerləşdirib.

 

Keçid balları abituriyentlərə ixtisas seçimi zamanı düzgün istiqamət götürməyə, həmçinin ali təhsil müəssisələrində tələbə köçürmələri zamanı bu funksiyanı həyata keçirən qurumlara iddia olunan ixtisasların müvafiq ildə keçid balları ilə tanış olmağa kömək edə bilər.

 

Hər tədris ili üzrə keçid balları http://tqdk.gov.az/exam/bachelor/minimal-bal/ ünvanında təqdim olunub. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisas kodunu öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2868

Oxşar yazılar