TN-də buraxılış imtahanı ilə bağlı tədqiqat aparıldı
06 noyabr 2013 15:05 (UTC +04:00)

TN-də buraxılış imtahanı ilə bağlı tədqiqat aparıldı

Təhsil Nazirliyində 2012-2013-cü dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında müvafiq tədqiqat aparılıb. Bu barədə Lent.az-a Təhsil nazirliyindən məlumat verilib.

Tədqiqat Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrini (ümumi təhsil məktəblərinin nəzdindəki qiyabi qruplar nəzərə alınmayıb), Təhsil Nazirliyinə tabe və ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəbləri əhatə edib. 336 məktəb haqqında toplanılmış məlumat əsasında tədqiqatın hesabatı hazırlanıb.

Aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq, Təhsil Nazirliyi  Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin reytinq siyahısını hazırlayıb. Hazırlanmış reytinq siyahısında Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2012-2013-cü və 2011-2012-ci dərs ili üzrə nəticələrinin müqayisəli təhlili də öz əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122

Oxşar yazılar