
Tibb müəssisələrində seçki məntəqələri yaradılıb
"Aprelin 11-nə təyin edilmiş prezident seçkilərində səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb”.
APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev “Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili” mövzusunda seminar müşavirədə çıxışı zaman deyib.
Nazir müavini bildirib ki, Səhiyyə Nazirliyi Azərbaycanda bütün seçkilərin şəffaf keçirilməsinə öz töhfəsini verib. O qeyd edib ki, seçki günü on minlərlə insan xəstəxanalarda olacaq: “Onların səs verməsi üçün tibb müəssisələrində seçki məntəqələri yaradılıb. Biz ötən seçkilərdə də tibb müəssisələrində olan insanların səs verməsi üçün lazımi şərait yaratmışıq”.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09