Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına yeni sədr təyin olunub. Komissiyanın sədr müavini Sayalı Sadıqova Lent.-az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Terminologiya Komissiyasına sədr təyin olunub.
S. Sadıqovanın sözlərinə görə, yeni sədrin təyinatından sonra Komissiyanın işində ciddi dəyişikliklər baş verəcək. Sentyabr ayında Komissiya tam gücü ilə işləyəcək.
Qeyd edək ki, Terminologiya Komissiyasının bundan əvəlki sədri AMEA-nın keçmiş prezidenti Mahmud Kərimov idi.