Temperatur yüksəlir
21 may 2013 12:53 (UTC +04:00)

Temperatur yüksəlir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti  mayın 22-də gözlənilən hava proqnozunu açıqlayıb.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, mayın 22-də cənub və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı  gözlənilir. Şərq küləyi əsəcək. Temperatur gecə 12-17 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.

 

Yaxın bir neçə gün ərzində respublikanın əksər rayonlarında temperaturun əlverişli olması kənd təsərrüfatı bitkilərinin inkişafını və boy artımını təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1643
avatar

Oxşar yazılar