Fevralın 5 və 6-da Bakı və Abşeron yarımadasında gözlənilən temperatur iqlim normasından bir qədər yüksək olacaq. Yaxın 3 gün ərzində temperatur daha da yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, fevralın 5-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı proqnozlaşdırılır.
Fevralın 6-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə duman olacağı, şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6, gündüz 6-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 5-də əsasən, yağmursuz hava şəraiti olacaq, bəzi yerlərdə duman gözlənilir. Arabir güclənən qərb küləyi əsəcəyi gözlənir. Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 1-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.
Fevralın 6-da da əsasən, yağmursuz hava şəraiti olacaq. Bəzi yerlərdə duman gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti gözlənilir.