Temperatur aşağı düşəcək
21 sentyabr 2013 12:36 (UTC +04:00)

Temperatur aşağı düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 22-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Departamentin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın  Lent.az-a verdiyi məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 18-22 dərəcə,  gündüz 24-28 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 22-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20  dərəcə isti gözlənilir.

# 976
avatar

Oxşar yazılar