Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 16-də gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, iyulun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz-keçəcəyi gözlənilir.
Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperatur gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 26-28 dərəcə olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 16-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Zəif qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyə qədər isti, dağlarda gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.
İyulun 18-i axşamadək Abşeron yarımadasında durğun və anomal isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.