Temperatur 40 dərəcəyə çatacaq
06 iyul 2013 11:27 (UTC +04:00)

Temperatur 40 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 7-də gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 7-da hava şəraitinin az buludlu, yağmursuz olacağı, mülayim şimal, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

 

Havanın temperaturunun gecə  20-24, gündüz 30-35, bəzi yerlərdə 37 dərəcəyədək isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

 

 

Azərbaycanın rayonlarına gəlincə, hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və axşam Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2182
avatar

Oxşar yazılar