Temperatur 28 dərəcəyə çatacaq
26 aprel 2013 00:10 (UTC +04:00)

Temperatur 28 dərəcəyə çatacaq

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 6-10, gündüz 15-20, bəzi yerlərdə 25-27 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarına gəlincə, aprelin 26-da hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15-18 dərəcə isti olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Departamenti  tibbi-meteoroloji proqnozu da açıqlayıb. Aprelin 26-dan 28-dək Abşeron yarımadasında temperatur rejimi meteohəssas insanlar üçün əlverişli olsa da, atmosfer təzyiqinin xeyli tərəddüdü və arabir güclənən cənub küləyinin üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1410

Oxşar yazılar