Təhsil naziri Misir Mərdanov Dubayda keçirilən beynəlxalq konfransda “British Council”in Avropa üzrə regional direktoru Maykl Börd ilə görüşüb. Bu barədə Lent. az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycanda təşkilatın fəaliyyətinin daha da genişləndirilməsi, təhsildə İKT-nin tətbiqi, distant təhsil, ingilis dilinin tədrisi, ingilis dili müəllimlərinin ixtisasının artırılması və digər məsələlər müzakirə olunub.