Təhsil Nazirliyinin şöbə müdiri: ” İşdən öz ərizəmlə  çıxmışam ”
21 may 2013 17:18 (UTC +04:00)

Təhsil Nazirliyinin şöbə müdiri: ” İşdən öz ərizəmlə çıxmışam ”

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev tutduğu vəzifədən azad olunub. Ş.Əliyev APA-ya açıqlamasında işdən öz ərizəsi ilə çıxdığını deyib.

 

Onun sözlərinə görə, bir müddət öncə nazirliyin şöbə müdirliyindən çıxarılaraq daha başqa işə keçirilməklə bağlı nazirə müraciət edib: “Bu müraciətimə əsasən, ötən gün nazirin əmri ilə işdən azad olunmuşam. Bu gündən etibarən Təhsil Nazirliyində işə getmirəm. Amma söz veriblər ki, mənə nazirlikdə nisbətən daha yüngül iş veriləcək. Yeni işə təyin olunandan sonra nazirlikdə fəaliyyətimi davam etdirəcəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1808
avatar

Oxşar yazılar