Təhsil Nazirliyində 4 şöbə müdirsiz qalıb
13 iyun 2013 16:04 (UTC +04:00)

Təhsil Nazirliyində 4 şöbə müdirsiz qalıb

Misir Mərdanov nazir vəzifəsindən azad edildikdən sonra təhsil naziri təyin olunan Mikayıl Cabbarov həm struktur, həm də kadr dəyişikləri həyata keçirdi. Lent.az-ın məlumatına görə, ötən ay təhsil nazirinin imzaladığı əmrə əsasən Nazirliyin aparatının Akkreditasiya şöbəsi və Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edilərək əvəzində Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsi yaradılıb.

Nazirlikdə daxili nəzarət sisteminin yaradılması, təhsil sahəsində korrupsiya halları ilə mübarizənin gücləndirilməsi, Nazirliyin "Qaynar xətt"inə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi, habelə struktur bölmələrinin tabeçiliyinin düzgün müəyyənləşdirilməsi və funksional ixtisaslaşmanın təmin edilməsi məqsədi ilə Daxili nəzarət şöbəsi yaradılıb və "Qaynar xətt" xidməti həmin şöbənin tabeliyinə verilib.

Bundan başqa, M. Cabbarovun nazir təyinatından sonra Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev, İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva, təhsil nazirinin köməkçisi vəzifəsini icra edən Rasim Süleymanov, Aparat rəhbəri İlham Pirməmmədov tutduqları vəzifədən azad olunublar.

Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət, Daxili nəzarət, Ümumi  və iqtisadiyyat şöbələrinə rəhbər təyin edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3270

Oxşar yazılar