Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) beynəlxalq əlaqələr və itimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızının yerinə təyinatla bağlı rəsmi açıqlama yayıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Arzu Tairquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri vəzifəsinə təyin edilib.
A. Tairquliyeva 2004-2008-ci illərdə bakalavriat səviyyəsi üzrə Bakı Dövlət Universitetinin tarix fakültəsini qafqazşünaslıq ixtisası, 2008-2010-cu illərdə magistratura səviyyəsi üzrə Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsini amerikaşünaslıq ixtisası üzrə bitirib. 2012-2013-cü illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetinin Sosial Elmlər Kollecinin (College of Social Sciences) fənlərarası tədqiqat fakültəsində (School of Interdisciplinary Studies) magistratura təhsili alıb.
Zəminə Əliqızı Bakı Təhsil İdarəsi Aparatına baş məsləhətçi təyin olunub.