Təhsil Nazirliyi TQDK-ya cavab verdi
08 aprel 2013 16:47 (UTC +04:00)

Təhsil Nazirliyi TQDK-ya cavab verdi

 

Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən monitorinqi aparılan və bu qurumun III siniflər üçün Ekspert Şurasının “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərsliklərinə dair yekun rəyinə rəsmi cavab göndərib. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Nazirliyin göndərdiyi 154 səhifəlik cavabda III sinif üzrə 14 dərsliyə rəy verilib. Cavablar 2 sütunda qeyd olunub. Belə ki, birinci hissədə TQDK-nın qeydləri, ikinci hissədə isə nazirliyin ona cavabı qeyd olunub. “Azərbaycan dili 3” dərsliyinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin göndərdiyi cavabda yekun rəydə dərsliyin 35-ci səhifəsində göstərilmiş irada münasibət bildirilməyib. Təhsil Nazirliyi “Riyaziyyat 3” və “Həyat bilgisi 3” dərsliyinə göndərdiyi cavabda yekun rəydə göstərilmiş bütün iradlara münasibət bildirilib. 

 

“Azərbaycan dili” dərsliyi üzrə cavabda qeyd olunur ki, rəyçilərin irəli sürdüyü iradlar heç bir konkret fakta əsaslanmayıb: “Rəyçilərin mətnlər haqqında dedikləri tamamilə əsassızdır və subyektiv fikirdən başqa bir şey deyil. Rəyçilər bilməlidirlər ki, 3-cü sinif dərsliyi Təhsil Nazirliyi tərəfindən komplekt şəkildə təsdiq olunub və komplektə daxil olan kitablar məzmun və metodika baxımından bir-birini tamamlayır. Müasir türk dili dərsliyi yalnız mətnlərdən ibarətdir. Mətnlərə qoyulmuş sual və tapşırıqlar iş dəftərində, bu mətnlərlə işləmə metodikası metodik vəsaitdə verilir. Metodik vəsaitə məhəl qoymadan, iş dəftərindəki çalışmaları nəzərdə keçirmədən yalnız dərslik haqqında fikir yürütdükdə bu cür iradlarla dolu bir rəy alınır”.  

# 1785

Oxşar yazılar

Bu şəhərdə temperatur  REKORDU: 50 dərəcəni   keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

29 may 2024 , 19:57
Xocalı şəhəri

Xocalıya həyat qayıdır - VİDEO

29 may 2024 , 17:22
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22